“Gürcüstan qanunvericiliyinin nəzərdə tutduğu kimi veto müəyyən edilmiş qaydaya əsasən növbəti sessiya həftəsində aşılacaq”.
Hafta.az-ın yazdığına görə, bu haqda parlament çoxluğunun üzvü Salome Kurasbediani bugünkü brifinqdə qeyd edib.
O deyib ki, prezident Salome Zurabişvili müzakirəni davam etdirmək üçün hətta nəzəri imkan belə qoymayıb, eləcə də Venesiya Komissiyasının bugünkü rəyinin hüquqi cəhətdən əsaslandırılmış dəyişikliklər üçün şans yaratdığını demək də çətindir.
“Biz bir neçə gün əvvəl Salome Zurabişvilinin faktiki olaraq müzakirənin davam etdirilməsi üçün nəzəri imkan belə qoymayan vetosunu aldıq. Bu gün hamımızın tanış olduğu bu rəyin müəyyən rasional və hüquqi cəhətdən əsaslandırılmış dəyişikliklərin daxil edilməsi üçün hər hansı şans yaratdığını demək çətindir. Çünki onlar tərəfindən belə bir dəyişiklik təqdim edilməyib. Ancaq mütləq qeyd edilməlidir ki, Salome Zurabişvili bu məkanı öz vetosu ilə tamamilə bağladı və bunun nəzəri şansını məhv etdi”, - Salome Kurasbediani bildirib.